- Baxış sayı: 60
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
Bakı şəhər gənclər və idman baş idarəsi, Azərbaycan məktəb idmanları federasiyası, “İdea” şahmat klubu və 132-134 nömrəli təhsil kompleksinin birgə təşkilatçılığı ilə həmin məktəbin məzunları olmuş 2-ci Vətən müharibəsi şəhidləri Nicat Tarverdiyev, Yusif Budaqov, Fərid Əliyevin xatirəsinə açıq havada şahmat turniri keçirilib.
Allsport.az saytı xəbər verir ki, açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov, 44-günlük Qarabağ savaşı və ali baş komandanın rəhbərliyi ilə müzəffər ordumuzun şücaəti haqqında danışıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, baş idarənin şəhidlərimizin əziz xatirəsinə silsilə tədbirlərin və yarışların davam edəcəyini deyib.
Sonra şəhid Nicat Tarverdiyevin anası Şükran Fərrux qızı, şəhid Yusif Budaqovun yaxını SəaSədaqət Allahyarova və şəhid Fərid Əliyevin həyat yoldaşı Elnarə Əliyeva çıxış edərək, şəhid ailələri adından tədbir təşkilatçılarına və bütün iştirakçılara təşəkkürlərini bildiriblər.
Şahmat yarışı 132-134 nömrəli təhsil kompleksinin şagirdləri arasında keçirilib və müxtəlif yaş qruplarında 35 nəfər mübarizə aparıb. Tədbirdə ilk gedişləri şəhid ailələrinin üzvləri ediblər. Sonda fərqlənənlərə baş idarə tərəfindən diplomlar təqdim olunub.