- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0
Bu gün Praqada şahmat üzrə 14-cü beynəlxalq festival başlanır. Allsport.az xəbər verir ki, “A” turnirində iştirak etmək üçün iki yüzdən çox şahmatçı, o cümlədən on bir qrossmeyster müraciət edib.
Turnirin reytinq-favoriti rusiyalı Aleksandr Danindir (2565). Çexiya paytaxtında Azərbaycan idmanının şərəfini Abdulla Qədimbəyli (2184), Vüqar Əsədli (2127), Zaur Ocaqverdiyev (2043) və Nail Bəşirli (1963) qoruyacaqlar. Turnirdə 37 ölkədən 150 şahmatçı iştirak edəcək. İsveçrə sistemi üzrə keçiriləcək festival 9 turdan ibarət olacaq.