- Baxış sayı: 88
- 12 Dekabr 2025 17:20
- Baxış sayı: 184
- Dekabr 14, 2025
- 0

9 dekabr tarixindən Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verən qızlardan ibarət U-16 və U-18 yığmalarımız, yekun yoxlama oyunlarını keçiriblər.
Allsport.az xəbər verir ki, türkiyəli mütəxəssis Əvrən Alkayanın rəhbərlik etdiyi millilərimiz, keçirdikləri son beş yoxlama oyununu, 4 qələbə və 1 məğlubiyyət ilə tamamlayıblar.
Qeydə alınmış hesabları sizlərə təqdim edirik:
“Beykoz KBBL” U-18 – Azərbaycan U-18 (55-69)
“Əyül Belediyesi” U-18 – Azərbaycan U-18 (59-78)
“Leventspor” U-15 – Azərbaycan U-16 (50-68)
“Əyüb Belediyesi” U-16 – Azərbaycan U-16 (46-71)
“Şimali Kipr Levent” U-16 – Azerbaycan U-16 (76-51)
Qeyd edək ki, millilərimiz İstanbul toplanışında ümumilikdə keçirdikləri 14 görüşdə 13 qələbə qazanaraq, hazırlıq prosesini yekunlaşdırıblar.