- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Respublika Şahmat Mərkəzində 14-16 yaşlı şahmatçılar arasında Bakı şəhər birinciliti başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, “Neftçi” İK İB, HİRŞDK, Ağdam UGŞİM, Cəbrayıl UGŞİM və Respublika Şahmat Klubunu təmsil edən 63 nəfər idmançı (onlardan 15 nəfəri qızlardır) iştirak ediblər.
Turnir beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilib. Yekun nəticələrə əsasən, 16 yaşadək qızlar arasında Sona Hüseynova (1 №-li İOEUGŞDİM), Aynur Abbasova(RİOEUGŞM), Ayşən Quliyeva (1 №-li İOEUGŞDİM), 16 yaşadək oğlanlar arasında Oğuz Abışlı (RİOEUGŞM), Asim İmanov (2 №-li UGŞİM), Səid Rəfili (1 №-li İOEUGŞDİM), 14 yaşadək qızlarda Aytac Heydərova (2 №-li UGŞİM), Aysu İsmayılova (2 №-li UGŞİM), Səriyyə Zeynalova (2 №-li UGŞİM), 14 yaşadək oğlanlarda Fərid Aslanov (RİOEUGŞM), Andrey Mustafin (2 №-li UGŞİM) və Qurban Bayramov (RİOEUGŞM) müvafiq olaraq ilk 3 yerləri tutublar.
Yarışın bağlanışında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda fərqlənən idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.