16 yaşlı Abdulla Qədimbəyli ölkə çempionu olub

Şahmatçıların ölkə çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, rəqabətdə 18 nəfər, o cümlədən, FIDE-nin beynəlxalq rütbələrinin 14 sahibi iştirak edib.

İsveçrə sistemi üzrə keçirilmiş və 9 turdan ibarət yarışda bir partiya üçün vaxta nəzarət ilk 40 gediş üçün 90 dəqiqə, sonra birinci gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə olunmaqla partiyanın sonuna qədər 30 dəqiqə olub.

16 yaşlı beynəlxalq dərəcəli usta Abdulla Qədimbəyli 7 xal toplayaraq, onunla bərabər nəticə göstərən yaşıdı, FIDE ustası Rəvan Əliyevi əlavə göstəricilərdə geridə qoyaraq qalib adnı qazanıb.

 

Həmin kateqoriyadan