18 milyonluq müqavilə

NHL təmsilçisi “San-Xose Şarks” isveçli hücumçusu Aleksander Vennberq ilə yeni müqavilə imzalayıb.

Allsport.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə bağlanmış yeni saziş üç ili əhatə edir. Müqavilənin ümumi dəyəri 18 milyon dollar təşkil edir ki, bu da illik orta hesabla 6 milyon dollar deməkdir.

2024/2025 mövsümündən “San-Xose”nin şərəfini qoruyan Vennberq, cari müntəzəm çempionatda keçirdiyi 41 oyunda 26 (7 qol + 19 məhsuldar ötürmə) xal toplayıb.

Həmin kateqoriyadan