- Baxış sayı: 116
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qətər paytaxtı Dohada boksçuların dunya cempionatında 1/2 final döyüşləri başlayıb. Allsport.az saytı xəbər verir ki, bu gün daha 3 idmançımız rinqə çıxıb. Öncə mübarizəyə Elvin Məmişzadə (52 kq) başlayıb. O, əlcəzairli Məhəmməd Flissi ilə qarşılaşıb. Gərgin mübarizədə təmsilçimiz qalib gələrək finala adlayıb; Rio-2016-ya vəsiqəyə sahib çıxıb.
WSB liqasından Azərbaycan idmançıları arasında olimpiya oyunlarına ilk lisenziya qazanan Albert Səlimov (60 kq) üçün bu dünya çempionatı yarış təcrübəsini daha yaxşılaşdırmaq və titula yiyələnmək olub. Təcrübəli boksçumuz istyinə yetişib. Braziliyalı Robson Konseysaoya qalib gələn Albert Səlimov finala yüksəlib, ən azından gümüş medalı özünə təmin edib.
Parlaq çıxışı ilə dünya boks ictimaiyyətini təəssübləndirən Pərviz Bağırov (69 kq) qızıl mükafat yolunda qazaxıstanlı dünya çempionu Daniyar Yeleussinovla döyüşüb. Gərgin mübarizədə təcrübə öz sözünü deyib və rəqib finala çıxıb. Gənc idmançımız bürünc medal qazanıb, bu yarışdan Rio-2016-ya yollanmaq şansına yiyələnib. Məsələ ondadır ki, bu cəkidə digər yarım finalçı mərakeşli Məhəmməd Rabi WSB liqasindan lisenziya qazandiğından, Pərviz Bağırov 3 vəsiqədən birinə sahib çıxıb.
Xatırladaq ki, dünən keçirilmiş görüşlərdə Abdulqadir Abdullayev (91 kq) kubalı Savon Erislendiyə uduzaraq, dünya çempionatında 3-cü olub.
Nəzərinizə çatdıraq ki, Dohada 23 rinq ustası Brazaliyaya yollanmaq imkanı qazanacaq. Bunlar 91 və +91 kq-da çempionlar, 46-49, 52, 81 kq-da finalçılar, 56, 60, 64, 69, 75 kq-larda ilk 3 yeri tutanlar olacaq.