- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Vüqar Həşimovun xatirəsinə superturnirinin iştirakçıları 2-ci Fəxri xiyabanda görkəmli şahmatçının məzarını ziyarət ediblər.
Allsport.az saytı xəbər verir ki, ziyarətdə Vüqar Həşimovun yaxınları, yarış iştirakçıları, federasiya üzvləri, şahmatçılar və təşkilat komitəsinin nümayəndələri iştirak ediblər.
10-cu dəfə təşkil olunacaq Vüqar Həşimov memorialı bu dəfə Şuşada baş tutacaq. Yarışın açılış mərasimi sabah saat 14:30-da Şuşa otel-konqres mərkəzində olacaq.