- Baxış sayı: 46
- 24 Mart 2026 23:23
- Baxış sayı: 59
- Mart 25, 2026
- 0
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçuların dünya birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə 2 təmsilçimiz fərqlənib.
Oğlanlarda 60 kq-da Nizami İmranov bürünc medal qazanıb. Nicat Nağıyev 5-ci və Əbil Yusubov (hər ikisi – 66 kq) 7-ci olub.
Qızlarda Aydan Vəliyeva (48 kq) bürünc mükafata sahib çıxıb.