“2-ci oyunda səhv variant seçdim”

Abdulla Qədimbəyli dünya kubokunda ABŞ şahmatçısı Rey Robsona məğlubiyyətinə aydınlıq gətirib. Allsport.az saytı xəbər verir ki, 20 yaşlılar arasında dünya çempionu 3-cü mərhələdə mübarizəni dayandırıb. O, taktiki cəhətdən səhv etdiyini deyib:

“Dünya kubokunda rəqabət çox güclüdür. 3-cüI mərhələyə vəsiqə qazanan şahmatçılar arasında ən aşağı reytinq mənə məxsus idi. Birinci partiyada Şamsiddin Vahidov, ardınca isə ispan David Quijarronu məğlub etdim. İki mərhələ keçəndən sonra növbəti partiyanın daha çətin olacağını bilirdim.

Rey Robsonla 2-ci oyunda səhv variant seçdim. Görünür, bu yarış üçün təcrübəm azdır. Birinci oyun heç-heçə başa çatmışdı. İkinci görüşdə də vəziyyət bərabər idi. Gərək heç-heçəyə oynayardım, ardınca isə bacarığımı tay-brekdə sınayardım. Mən bir növ risk etdim və uduzdum. Cavab görüşündə qələbə qazanmaq istəyirdim”.

Həmin kateqoriyadan