- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 172
- Fevral 06, 2026
- 0

Rüstəm Orucov və İrina Kindzerska qitənin reytinq cədvəlinə başçılıq edirlər. Allsport.az saytı xəbər verir ki, Avropa cüdo ittifaqı yeni sıralamanı açıqlayıb. Millimizin 2 üzvü öz çəki dərəcələrində ilk pillədə qərarlaşıb.
Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (+78 kq) rəqiblərini xeyli qabaqlayaraq 1-ci yerdədirlər. Ötən il adı ilk çəkilən tatami ustası 6, xanım idmançı 8 mötəbər beynəlxalq yarışda medal qazanmıb.
Daha 3 cüdoçumuz Avropa reytinq cədvəlində ilk onluğa düşməyi bacarıb: Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 6-cı, Uşangi Kokauri (+100 kq) 10-cudurlar.