- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün AGF-in bazasında yunan-Roma güləş millinin açıq məşq olub. Allsport.az saytı xəbər verir ki, son qitə çempionu Rafiq Hüseynov hazırlıqla bağlı bunu söyləyib:
“Hal-hazırda açıq hava şəraitində məşqlərimizi davam etdiririk. Sərt karantin günlərində ev şəraitində yığma komandanın məşqçilərinin verdiyi proqrama əsasən məşq edirdik.
Federasiya tərəfindən bunun üçün lazım olan avadanlıq və inventarla təmin olunmuşduq. Bir ay ərzində tam formaya düşəcəyimizi əminəm. Əsas hədəfimiz olimpiya oyunlarıdır. Bizim işimiz hazırlaşmaqdır. Məşqlərimizi davam etdiririk.
Ümid edirəm ki, Tokio olimpiadası gələn il baş tutacaq. Əlbəttə, təxirəsalma xoşagələn hal deyil. Ancaq hamı bu vəziyyətlə üzləşib. Səbr edib, gələnilki olimpiadanı gözləməliyik və buna səylə hazırlaşmalıyıq”.