- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 136
- Fevral 06, 2026
- 0

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin 3-cü turunun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, bu mərhələdə şahmatçılarımızdan 3-ü Rusiya təmsilçiləri ilə mübarizə aparıb. Belə ki, Nicat Abasov Nikita Vityuqovla heç-heçə edib, Vasif Durarbəyli Daniil Dubova, Aydın Süleymanlı Mixail Antipova uduzublar. Digər şahmatçımız Rauf Məmmədovun hindistanlı Arjun Erigaisi ilə qarşılaşması da heç-heçə ilə başa çatıb.
İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.