- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Neftçi” konfrans liqasının 3-cü təsnifatının cavab oyununda sabah saat 22:00-da İstanbulda “Beşikdaş”a qarşı çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, görüşdən öncə mətbuat konfransında baş məşqçimiz Adrian Mutu bunu deyib:
“Bilirik ki, bizi çətin oyun gözləyir, amma konfrans liqasında bu cür görüşlər keçirmək çox yaxşı hissdir. Təbii ki, 2 top fərqini aradan qaldırmalıyıq. Rəqibimiz çox güclü olsa da, sabah bunun öhdəsindən gəlməyə çalışacağıq”.
Ötən cümə axşamı Bakıda keçirilən ilk oyunda “qara qartallar” 3:1 qalib gəlib.