- Baxış sayı: 40
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 26
- Dekabr 05, 2025
- 0
Xəbər verdiyimiz kimi, 2020-ci ildə Ümumdünya Şahmat Olimpiadası Xantı-Mansiyskdə keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu haqda qərar FİDE-nin Bakıda keçirilən Baş Assambleyasında qəbul edilib. Rusiyanın bu Muxtar Vilayəti artıq 2-ci dəfə bu cür genişmiqyaslı şahmat yarışına ev sahibliyi edəcək. 2010-cu ildə burada keçirilən olimpiadaya dünyanın 149 ölkəsindən gəlmişdilər.
2020-ci il olimpiadası mahalın paytaxtı Yuqrada “Kainatı birləşdirək” devizi ilə təşkil olunacaq. Regionun rəhbəri Natalya Komarova bu barədə Xantı-Mansiyskin “Şahmat Məkkəsi” adına iddiaçı kimi təqdimatı mərasimində məlumat verib. Xatırladaq ki, şahmat olimpiadaları 2 ildə bir dəfə keçirilir.
Növbəti olimpiada 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçiriləcək və ölkəmiz adı çəkilən “ikiilliklər”də mübarizə aparmağı planlaşdırır.