- Baxış sayı: 56
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, Azərbaycan çempionatında yüksək rəqabətin yaranması və milli üzvlərinin o cümlədən yığmaya namizədlərin yarışda iştirakının təmin edilməsi üçün aparıcı şahmatçılarla müzakirələrdən sonra yeni reqlament seçilib.
Beləliklə, Azərbaycan şahmat federasiyası növbəti yarış ilinin təqvimini və 2025-ci ildə təşkil olunacaq Azərbaycan çempionatının əsasnaməsini təqdim edir. Bu amil zəka sahiblərinə qatılacaqları yarışların siyahısını rahatlıqla tərtib etməyə, ölkə çempionatlarında iştirak etmək və hazırlıq proqramını düzgün formalaşdırmağa kömək edəcək.
2025-ci ildə kişilər və qadınlar arasında Azərbaycan çempionatı 31 yanvar – 15 fevral aralığında keçiriləcək. Kişilərin yarışına milli komandanın üzvləri, son Azərbaycan çempionatının yarımfinalçıları, FİDE reytinqinə əsasən ən yüksək reytinqli şahmatçılar (14 iştirakçı) və I dəstədə yüksək nəticə göstərən 5 şahmatçı buraxılacaq.
Qadınların yarışında millinin üzvləri, son ölkə çempionu, FİDE reytinqinə əsasən ən yüksək reytinqli 8 azərbaycanlı şahmatçı və 1-ci dəstədə yüksək nəticə göstərən 2 iştirakçı mübarizə aparacaq.
Azərbaycan çempionatı olimpiya sistemi üzrə təşkil ediləcək. Turnir FİDE qaydalarına əsasən keçiriləcək və 5 turdan ibarət olacaq. Turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydı alına biləcək bərabərlik halında tay-breklərdən ibarətdir. Nəzərinizə çatdırmaq istərdik ki, iştirakçıların qeydiyyatı 9-16 oktyabr 2024-cü il tarixlərində aparılacaq.
AŞF həmçinin Azərbaycan çempionatları tarixində rekord sayılacaq mükafat fondu təyin edib. Kişilərin yarışında 60 min, qadınların çempionatında isə 30 min manat mükafat fondu olacaq. Mübarizəni daha maraqlı etmək üçün klassik partiyada tay-brek olmadan mərhələ adlayan şahmatçının hər biri əlavə bonus – pul mükafatı qazanacaq. Azərbaycan çempionatının qalibi olacaq şahmatçı milli komandaya vəsiqə qazanacaq.
Yeni reqlamentin əsas məqsədi Azərbaycan çempionatında ölkənin ən güclü şahmatçılarının iştirakını təmin etməkdir.