- Baxış sayı: 78
- 24 Noyabr 2025 14:09
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

İtaliyanın velosipedçisi Kevin Bonaldo 25 yaşında xəstəxanada dünyasını dəyişib.
Allsport.az xəbər verir ki, 7dmançının təmsil etdiyi “SC Padovani Polo Cherry Bank” komandasının mətbuat xidməti bu barədə məlumat yayıb.
Bonaldo sentyabrın 21-də Sovitso şəhərində keçirilən “Piccola San Remo” yarışında ürək tutması keçirib. Dərhal San-Bartolo xəstəxanasının reanimasiya şöbəsinə aparılan idmançı süni komaya salınmışdı.
Komandanın yaydığı bəyanatda deyilir: “Təəssüflə bildiririk ki, bu səhər Kevin Bonaldo vəfat edib. O, bir ay ərzində cəsarətlə həyat uğrunda mübarizə apardı. Komandamız Kevin ailəsinə və bütün yaxınlarına dərin hüznlə başsağlığı verir.”
Kollektiv qeyd edib ki, əvvəlcə idmançının vəziyyətində yaxşılaşma əlamətləri müşahidə olunsa da, ölümündən əvvəlki son saatlarda onun vəziyyəti kəskin şəkildə pisləşib.