- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Hər ilin 28 oktyabrı Dünya cüdo günü kimi qeyd edir. Allsport.az saytı xəbər verir ki, bu gün adı çəkilən idman növünün banisi Ciqoro Kano anadan olduğu üçün, həmin tarix cüdo günü kimi qeyd olunur.
Hazırda dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 qitəni özündə birləşdirən beynəlxalq cüdo federasiyasına (İJF) 195 milli federasiya daxildir.
Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli olimpiya oyunlarında çempion olublar. 2013-cü ildə cüdoçumuz Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. 2016-cı ildə ilk dəfə olaraq iki cüdoçumuz – Rüstəm Orucov və Elmar Qasımov olimpiya oyunlarının finalına çıxıblar. Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam oyunlarında parlaq qələbələr qazanıblar.
Hal-hazırda da cüdo üzrə milli komandamızın üzvləri mötəbər yarışlarda uğurlar qazanaraq ölkəmizin idman şərəfini ləyaqətlə ucaldırlar. Son illərdə cüdoçularımız olimpiya oyunları, Avropa çempionatı , “Böyük dəbilqə”, “Dünya ustaları” və qran-pri kimi nüfuzlu yarışlarda uğurla çıxış edərək medallar qazanıblar.