- Baxış sayı: 82
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Macarıstan paytaxtı Budapeştdə “Böyük dəbilqə” sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə 6 cüdoçumuz mübarizəyə qoşulub. Millimiz hesabına daha bir medal yazıb.
Məmmədəli Mehdiyev “B” qrupunu lider kimi bitir bilməsə də, təsəllivericilərdə inamlı çıxış edərək, yekunda 3-cü yer tutub. Komandamız 61 dövlət arasında 2-ci yer tutub.
Digər təmsilçilərimizdən Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri və Camal Feyziyev (+100 kq) çıxışlarını erkən başa vurublar.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.
