36 vida, 2 ümid, 2 gözləmə

Bu gün Tokio-2020-də daha 5 olimpiyaçımız mübarizəyə qoşulub. 

Allsport.az saytı xəbər verir ki, karateçimiz Rəfael Ağayev (75 kq) finalda yenilərək, gümüş medalla kifayətlənib. Sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) ardıcıl qələbələrlə həlledici mərhələyə yüksəlib.

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) yarımfinalda yaponiyalı Yui Susaki uduzub, sabah 3-cü yer üçün mübarizə aparacaq.

Şərif Şərifov ilk görüşdə rusiyalı Abdulrəşid Sadullayevə məğlub olsada, avqustun 7-də təsəllivericidə çıxış etməklə bürünc mükafata yetişə bilər.

Bədii gimnastımız Zöhrə Ağamirova çoxnövçülükdə 87,800 xal yığıb, 11-ci yeri tutub. 

Cəmdə Yaponiya ilə vidalaşan milli üzvlərinin sayı 36-ə çatıb. 2 lisenziyaçı start vaxtını gözləyir.

Hələlik 1 gümüş və 3 bürünc medalımız var. Adları çəkilənlərlə yanaşı, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (+81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) da fərqləniblər.

Komandamız oyunlara 40 vəsiqə və 44 idmançı ilə qoşulub.

Həmin kateqoriyadan