Azad Rəhimov: Dünya Şahmat Olimpiadası böyük sayda turisti özünə cəlb edəcək

Bu gün “Baku Crystal Hall”da Azərbaycan paytaxtında baş tutacaq 42-ci Dünya Şahmat Olimpiadasının başlamasına 100 gün qalması şərəfinə mətbuat konfransı keçirilib. Allsport.az saytıxəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, qarşıdakı olimpiadanın təşkilat komitəsinin direktoru Mahir Məmmədov iştirak ediblər.

Azad Rəhimov çıxışında bildirib ki, idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, ümummilli lider Heydər Əliyevin bu sahənin inkişafında töhfələrdən danışıb, ölkənin indiki rəhbərliyinin ulu öndərin kursuna sadiqliyini vurğulayıb. Qeyd olunub ki, yarışlarda 180-dən çox ölkədən nümayəndələrin iştirakı gözlənilir, bu da olimpiadanı ən böyük yarışma səviyyəsinə qaldırır. Bu fakt həm də ölkəmi yenidən özünü nümayiş etdirmək imkanı qazanmasından və bütün dünyadan böyük sayda turisti özünə cəlb edəcəyindən xəbər verir.

Nazirin sözünə görə, Azərbaycanın böyük beynəlxalq tədbirlər, o cümlədən idman yarışları keçirmək təcrübəsi var. Bu baxımdan təşkilati məsələlərin həll üçün böyük işlər görülüb.

Kirsan İlyumjinov deyib ki, şahmat olimpiadası kəmiyyət və keyfiyyət komponentləri baxımından mühüm hadisə kimi tarixə düşəcək. FİDE-nin prezidenti xatırladıb ki, 2008-ci ildə Azərbaycanda şahmatın inkişafına dair dövlət proqramı qəbul edilib, çoxlu turnirlər keçirilir, ixtisaslaşdırılmış məktəblər açılır. Bütün bunlar ölkə rəhbərliyinin idmanı, o cümlədən şahmatı əhali arasında populyarlaşdırma ilə ciddi şəkildə məşğul olduğunu nümayiş etdirir. O, olimpiadaya təşkilati hazırlığı yüksək qiymətləndirib və onun keçirilməsinə heç bir maneə olmadığını bildirib.

Milli Gimnastika Arenasının Olimpiadanın təntənəli açılış yeri təyin olunduğu bildirilib. Tədbir iştirakçılarına yarışın maskotu, Musa Cəngiyevin “Chess Mate”i (“Şahmat oğlan”) təqdim edilib. Müəllifin sözlərinə görə, maskot gənc azərbaycanlı şahmatçının ümumiləşdirilmiş obrazını ehtiva edir. Azad Rəhimov Musa Cəngiyevə sertifikat və pul mükafatı təqdim edib.

Sonra Olimpiadanın başlamasına gerisayımın rəsmi hesablanmasına start verilib. Natiqlər jurnalistlərin suallarını cavablandırıb.

Həmin kateqoriyadan