İdman dırmanması üzrə açıq çempionat

23-24 apreldə “Climbaku” İdman Dırmanması Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX), eləcə də Azərbaycan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) birgə təşkilatçılığı ilə idman dırmanması üzrə “Gömrükçü” İdman Klubunun açıq çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, boldrinq və sürət növləri üzrə təşkil ediləcək yarışda paytaxt və bölgələri təmsil edən 11 klubdan 48 idmançı (36 kişi, 12 qadın) iştirak edəcəklər.

Çempionatda “Gömrükçü” İK, “Qafqaz” DİK, “Ekosport” İK, FHN İSK, “Ameast” İK, “Salavat” İK (Qusar), “Kyanite” İK, “Şəki”-A.M.A, “Gənclik” İdman Klubunun idmançıları qüvvələrini sınayacaqlar. Yarışın təşkilində məqsəd idman dırmanmasını təbliğ etmək, kütləviləşdirmək, bu növün inkişafına dəstək vermək, istedadlı idmançıları üzə çıxarmaqdır. Çempionatın açılış mərasimi 10:30-da başlayacaq.

Həmin kateqoriyadan