AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək
25 noyabr 2014 / 14:11 Baxış sayı: 980 AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası dekabrın 3-də, saat 11:00-da AFFA-nın inzibatı binasında keçiriləcək. Allsport.az xəbər verir ki, gündəliyə aşağıdakı məsələlər daxil edilib:
1. Məşqçilər Komitəsinin yaradılmasının, əsasnaməsinin və üzvlərinin təsdiqi.
2. Milli komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.
3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.
4. Klublar Komitəsinin yaradılmasının və əsasnaməsinin təsdiqi.
5. Lisenziyalaşdırma qrupunun məlumatı.
5. Digər məsələlər.