- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycan kikboksçusu Eduard Məmmədovun erməni idmançısı üzərində parlaq qələbəsindən sonra daha 6 təmsilçimiz dünya çempionu adına layiq görülüb.
Allsport.az xəbər verir ki, İspaniyanın Benidorm şəhərində kikboksinqin WKA versiyası üzrə dünya çempionatı başa çatıb. Bu barədə məlumatı komandaya rəhbərlik edən “Orion” Kikboksinq Mərkəzinin məşqçisi Müşviq Hüseynli verib.
Eduard Məmmədovla yanaşı, dünya çempionatının fəxri kürsüsünə müxtəlif çəki dərəcələrində Azər Aslanov, Vaqif Bəhlulzadə, Nahid Gülmalıyev, Ümid Ağayev, Seymur Cəfərov və Anar İbrahimov qalxıblar.