- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Şəmkirdə istirahət günündən sonra Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir yenidən start götürüb. Allsport.az xəbər verir ki, artıq 6-cı turun partiyaları da başa çatıb.
Turnirin lideri, dünya çempionu Maqnus Karlsen hollandiyalı Aniş Qiri ilə sülh bağlayıb. Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov da heç-heçə oynayıblar. Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov amerikalı şahmatçı Uesli So ilə, Rauf Məmmədov isə Vişvanatan Anand (Hindistan) ilə xalı bölüşüb.
Maykl Adams (Böyük Britaniya) – Maksim Vaşye-Laqrav (Fransa) dueli də sülhlə bitib. Vladimir Kramnik (Rusiya) isə Fabiano Karuanaya (İtaliya) məğlub edib.
Qeyd edək ki, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir aprelin 26-dək davam edəcək.