7-ci turda hər 2 şahmatçımız xalı yarıya bölüb, Şəhriyar liderliyini davam etdirir

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess-2017” superturnirində 7-ci turunun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, bu turda bütün qrossmeysterlər xalı yarıya bölüblər.

VII tur

Pentala Harikrişna (2755, Hindistan) – Radoslav Voytaşek (2745, Polşa) – 0,5:0,5
Pavel Elyanov (2751, Ukrayna) – Uesli So (2822, ABŞ) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (2772, Azərbaycan) – Maykl Adams (2761, İngiltərə) – 0,5:0,5
Teymur Rəcəbov (2710, Azərbaycan) – Veselin Topalov (2741, Bolqarıstan) – 0,5:0,5
Sergey Karyakin (2783, Rusiya) – Vladimir Kramnik (2811, Rusiya) – 0,5:0,5

Yarış cədvəli: 1. Ş.Məmmədyarov – 5 xal; 2-4. M.Adams, V.Topalov, U.So – 4; 5. P.Elyanov – 3,5; 6-9. S.Karyakin, T.Rəcəbov, R.Voytaşek, V.Kramnik – 3; 10. P.Harikrişna – 2,5.

 

Həmin kateqoriyadan