- Baxış sayı: 150
- 16 Dekabr 2024 16:49
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.
Allsport.az xəbər verir ki, kişilərdən ibarət komanda Niderland yığması ilə, qadınlar isə Rusiya ilə üz-üzə gələcək.
Avropa çempionatı, VII tur
Kişilər
Niderland – Azərbaycan
Aniş Giri – Şəhriyar Məmmədyarov
Yorden Van Forest – Teymur Rəcəbov
Maks Varmerdam – Qədir Hüseynov
Erik Van Der Doel – Nicat Abbasov
Rəcəbov və Abbasov ağ, Məmmədyarovla Hüseynov qara fiqurlarla oynayacaq.
Qadınlar
Azərbaycan – Rusiya
Günay Məmmədzadə – Aleksandra Qoryaçkina
Xanım Balacayeva – Katerina Laqno
Ülviyyə Fətəliyeva – Valentina Qunina
Gövhər Beydullayeva – Polina Şuvalova
Məmmədzadə və Fətəliyeva ağ, Balacayeva ilə Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.
6 turdan sonra 9 xalı olan kişilərdən yığma Ukrayna, İspaniya, Niderland və Ermənistanla birlikdə 2-6-cı yerləri bölüşdürür. Qadınlar isə 9 xalla 3-4-cü yerlərdə gedir.