- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
İtaliyalı məşhur müğənni Al Bano dünya çempionatının açılışında ifa edəcək. Allsport.az saytı xəbər verir ki, 75 yaşlı sənətçi Beynəlxalq Cüdo Federasiyasının dəvəti ilə ölkəmizdə olacaq. O, sentyabrın 20-də Milli Gimnastika Arenasında konsert verəcək.
“Felicita” mahnısı ilə dünyada məşhurlaşan Al Bano ötən il Budapeştdə keçirilmiş dünya çempionatının açılışında İJF-nin himnini oxuyub və konsert proqram ilə çıxış edib. Al Bano Karrizi 2001-ci ildən BMT-nin xoşməramlı səfiridir.
Xatırladaq ki, mötəbər tədbir sentyabrın 20-27-də keçiriləcək. Yarış üçün biletləri “ASAN xidmət” mərkəzlərindən, şəhərin bütün kassalarından, eləcə də onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Qiymətlər kateqoriyalara uyğun olaraq, 1 manat və 5 manat, VIP yerlərə 25 manatdır. Həmçinin biletlər final mərhələsi üçün yerlər 2 və 10 manat, VIP yerlər isə 50 manatdan təklif olunur.