8, 10, və 12 yaşlıların ölkə çempionatında fərqlənənlər

8, 10, və 12 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yekun nəticələrinə əsasən 9,5 xal toplayan Mətin Bəkirli 8 yaşadək oğlanlar arasında birinci yeri tutub. Azad Xuduzadə (8 xal) və Əbəlfəz Səfərəlizadə (7,5 xal) müvafiq olaraq 2-ci və 3-cü olublar.

Qızların yarışında Nurgün Fəxrətzadə 9,5 xalla hamını qabaqlayıb. Mehin Talıbova (9 xal) və Yağmur Muradlı (8,5 xal) 2-3-cü yerlərdə qərarlaşıblar.

11 turdan 8 xal toplayan Yasin Əzimov 10 yaşlı oğlanların yarışında qalib adını qazanıb. Müvafiq olaraq 7 və 6 xalı olan Səfa Hümmətovla Nurlan Əzizli gümüş və bürünc medalla kifayətlənib.

Eyni yaş kateqoriyasında qızların turnirində Səbirə Muradlı çempion olub. Eyni xala malik Xədicə Babazadə əlavə göstəricilərə görə 2-ci yeri tutub. İlk üçlüyü 7,5 xalla Məryəm Məmmədova qapayıb.

12 yaşlıların yarışında Əhməd Hüseynov 10 xalla qızıl medala layiq görülüb. Şəmsi Qaraxanovla (9 xal) Mirnamiq Ağazadə (8 xal) yarışı 2-3-cü yerlərdə başa vurub.

12 yaşlı qızların turnirində Zəhra Allahverdi (10 xal) çempionluq sevinci yaşayıb. 8,5 xalı olan Fatimə Mirzəliyeva gümüş, 8 xal toplayan Əsnad Baxşızadə bürünc medalçı olub.

Həmin kateqoriyadan