- Baxış sayı: 150
- 16 Dekabr 2024 16:49
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Sloveniyanın Çatej şəhərində Avropa çempinonatında VIII turun görüşləri keçirilib. Allsport.az xəbər verir ki, kişilərdən ibarət komandamız Ukrayna yığması ilə qarşılaşıb. Oyun heç-heçə ilə yekunlaşıb – 2:2. Heyət üzvlərinin hamısı – Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abbasov rəqibləri ilə “sülh”ə razılaşıblar.
Qadınlardan ibarət kollektiv isə Macarıstanla üz-üzə gəlib. Bu oyunda da eyni hesab qeydə alınıb. Heyət üzvlərindən Gövhər Beydullayeva görüşünü qələbə ilə bitirsə də, Xanım Balacayeva məğlubiyyətlə üzləşib. İlk 2 lövhədəki Günay Məmmədzadə və Gülnar Məmmədova isə heç-heçə ilə kifayətləniblər.
Bu nəticədən sonra Azərbaycan 10 xalla 4-cü pillədə qərarlaşıb. Polşa, Ukrayna, Fransa, Niderland, Macarıstan və Yunanıstan da eyni xala malikdir. Bu komandaların hamısı son tur öncəsi qızıl və gümüş medal şanslarını itiriblər. Onlar həlledici turda yalnız bürünc medal uğrunda mübarizə aparacaqlar.
Avropa çempionatı, VIII tur
20 noyabr
Kişilər
Azərbaycan – Ukrayna – 2:2
Teymur Rəcəbov – Anton Korobov – 0,5:0,5
Rauf Məmmədov – Andrey Volokitin – 0,5:0,5
Qədir Hüseynov – Yuri Kuzubov – 0,5:0,5
Nicat Abbasov – Kirill Şevçenko – 0,5:0,5
Qadınlar
Macarıstan – Azərbaycan – 2:2
Sidoniya Lazarne – Günay Məmmədzadə – 0,5:0,5
Titsiya Qara – Gülnar Məmmədova – 0,5:0,5
Joka Qaal – Xanım Balacayeva – 1:0
Barbara Mihok-Yuhas – Gövhər Beydullayeva – 0:1