- Baxış sayı: 99
- 14 Dekabr 2025 15:24

- Baxış sayı: 210
- Dekabr 19, 2025
- 0


Kiprin Larnaka şəhərində yeniyetmə və gənc karateçilərin 50-ci Avropa birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi bu sınaqda cəmdə 3 qızıl, 1 bürünc və 2 bürünc medal qazanıb.
16-17 yaşlı qızlarda Aysu Əliyeva (59 kq), eyni yaş qrupunda oğlar arasında Fərid Savadov (55 kq), 21 yaşadək gənclərin mübarizəsində Əminağa Quliyev (60 kq) bütün rəqiblərini üstələyiblər.
14-15 yaşlılarda Gülay Orucova (54 kq) gümüş, eyni yaş qrupunda oğlanlarda Rahim Əzim (+70 kq), 21 yaşadək gənclərdə Hüseyn Məmmədli (67 kq) bürünc medala yiyələniblər.