- Baxış sayı: 81
- 15 İyun 2026 14:11
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

III MDB oyunlarında karatedə İrina Zaretska qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, mükafatlandırmadan sonra çıxışını belə qiymətləndirib:
“Burada həmişə böyük dəstəy hiss edirəm. Gəlib bizi dəstəkləyən hər kəsə sonsuz təşəkkürümü bildirirəm — karateçilərimiz çox yaxşı nəticə göstərdilər. Hamını təbrik edirəm”.
İrina üçün bu, analıq məzuniyyətindən sonra ikinci böyük yarış idi — və dərhal qızıl medal. O bildirib ki, yenidən zirvəyə qayıtmaq üçün çox ciddi şəkildə çalışıb.
Mübarizənin çətinliyi ilə bağlı suala cavabında İrina deyib:
“Döyüşlərim 8:0, 8:1 və 4:2 hesabı ilə başa çatdı — yəni hər şeyi tatamidə göstərdim”.