- Baxış sayı: 92
- 12 Dekabr 2025 13:52
- Baxış sayı: 92
- Dekabr 19, 2025
- 0


19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, Bosniya Herseqovina yığmasına qarşı oyun 1:4 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Millimizin heyətində Şahbaz Həndəmli fərqlənib. U-19 qrupda sonuncu oyununu martın 25-də Yunanıstan yığmasına qarşı keçirəcək.