- Baxış sayı: 46
- 25 Mart 2026 17:33
- Baxış sayı: 212
- Mart 26, 2026
- 0

İWF-in təlimatına əsasən oktyabrın 17-də AAAF və AMADA birgə antidopinq seminarı keçiricək. Allsport.az saytı xəbər verir ki, tədbirdə dinləyici qismində idmançılar, müxtəlif ixtisaslı mütəxəssislər, inzibati və rəhbər şəxslər iştirak edəcəklər.
Yığıncaqda idman ruhu, pozuntu növləri və sanksiyalar, hər zaman qadağan edilmiş maddələr və üsullar barədə məlumat veriləcək, “Nəyi mütləq bilməlisiniz” mövzusunda müzakirələr aparılacaq.
Tədbirdə mühazirəçi qismində Fərid Əliyev (Terapevtik İstifadə üçün İstisna (TUE) Komitəsinin sədr müavini) və Lalə Hacıyeva (Təhsil və təlim üzrə menecer) iştirak edəcəklər.