- Baxış sayı: 58
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 101
- Noyabr 19, 2024
- 0
İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı yekunlaşıb. Allsport.az saytı xəbər verir ki, qızların yarışında ötən gün çempionluğu rəsmiləşdirən Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu – 11-ci turda Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə görüşüb. Oyun qazaxıstanlı şahmatçının qələbəsi ilə yekunlaşıb.
Bu tur ərəfəsində 8.5 xalla çempionluğu təmin etmiş Gövhər Beydullayeva üçün matç formal xarakter daşıyıb. Onun əsas izləyicisi, digər qazaxıstanlı şahmatçı Assel Serikbey ukraynalı Yelizaveta Hrebenşikovaya qalib gəlib xallarının sayını 8.5-ə çatdırsa da, ikilinin öz aralarındakı oyuna görə, sıralama dəyişməyib.
Qadınların yarışındakı digər Azərbaycan təmsilçisi Ləman Hacıyeva isə son turda Sloveniyalı Ur Zalaya uduzub və çempionatı 7 xalla 10-cu sırada başa vurub.
Kişilərin yarışında isə son turda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Tərəflər sülhə razılaşıblar. Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlınınkı isə 7.5-ə çatıb.
Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli dünya çempionu olub.