- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Türkiyənin Samsun şəhərində boksçuların Avropa olimpiya təsnifat turnirinə yekun vurulub. Allsport.az saytının məlumatına görə, yarışların sonuncu günü qadınlardan ibarət milli komandamızın üzvü Yana Alekseyevna (60 kq) final görüşünə çıxıb. Həlledici görüşdə o, italiyalı İrma Testanı məğlub edib.
Xatırladaq ki, təmsilçimiz yarimfinalda olimpiya çempionu, 4-qat dünya və 5-qat Avropa çempionatının qalibi irlandiyalı Keti Teylora qalib gələrək, Rio oyunlarına vəsiqə qazanmışdı.
64 kq-da Lorenso Sotomayor da turnirin qalibi olub. Yarımfinalda türkiyəli Batuhan Gözgeçi məğlub etdikdən sonra Rioya vəsiqəni təmin edən boksçumuz həlledici görüşdə litvalı Evaldas Petrauskasla qarşılaşıb. Döyüş idmançımızın qələbəsilə yekunlaşıb.
Samsun turnirində Abdulqadir Abdullayev də olimpiadaya vəsiqə qazanıb. Boksçumuz 3-cü yer uğrunda Ukraynanı təmsil edən erməni Qevorq Manukyana qalib gəlib.
Milli komandamızın lideri Məhəmmədrəsul Məcidov (+91 kq) finalda britaniyalı Yozef Coysa uduzub. Srağagün Cavid Çələbiyev (56 kq) çempionluğu bayram etmişdi.
Bu yarışın yekununa əsasən, boksçularımız Rio olimpiadasına 5 lisenziya, həmçinin 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Xatırladaq ki, millimizin digər üzvləri – Elvin Məmişzadə, Albert Səlimov və Pərviz Bağırov son dünya çempionatında Rio Olimpiadasına lisenziya əldə ediblər.