- Baxış sayı: 43
- 19 Mart 2026 19:50
- Baxış sayı: 191
- Mart 19, 2026
- 0

Bu gün Rio Yay Olimpiya Oyunlarında daha bir boksçumuz rinqə çıxıb. Allsport.az saytı xəbər verir ki, tarixində ilk dəfə “dördilliy”ə tam heyətlə yollanan millimizin digər üzvü – Abdulqadir Abdullayev (91 kq) Avropa Oyunlarının qızıl mükafatçısı fransalı Pol Omba Bionqolo ilə qarşılaşıb.
Görüş qələbəmizlə yekunlaşıb. İlk 2 raundda rəqibinə macal verməyən idmançımız, sonra firənglinin zədələnməsi səbəbindən texniki nokautla qalib elan olunub.
Xatırladaq ki, Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunuruq. 49 kq-da Rüfət Hüseynov ilk turda mübarizəni dayandırıb, 81 kq-da Teymur Məmmədov qələbə qazanıb.