ABŞ-də oynayan xokkeyçi ilə görüş

ABŞ-də yaşayan azərbaycanlı peşəkar xokkeyçi Danial Caniyev 29 iyunda “Ocaq Sport” klubunun gənc xokkeyçiləri ilə görüşəcək və onlara ustad dərsi (masterclass) keçəcək.

Allsport.az xəbər verir ki, görüş Heydər Əliyev adına idman-konsert kompleksinin buz meydançasında baş tutacaq.

Danial Caniyev hal-hazırda ABŞ-nin prestijli “Penn Steyt Universiti” komandasının aparıcı oyunçularındandır. O, Amerika xokkey federasiyası sistemində yetişmiş, müxtəlif beynəlxalq turnirlərdə iştirak etmiş və yüksək nəticələr göstərmişdir. Valideynləri azərbaycanlı olan Danial, milli köklərinə bağlılığını daim vurğulayır və ilk dəfə olaraq Azərbaycanda uşaqlarla görüş keçirəcək.

Həmin kateqoriyadan