- Baxış sayı: 164
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Qadın voleybolçuların superliqasında növbəti oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, ilk dövrə çərçivəsində baş tutan görüşdə “Mübariz” və “Abşeron” qarşılaşıblar.
Matçda ilk seti Eldar Yusubovun komandası qazanıb. Ardınca “Mübariz” hesabı bərabərləşdirsə də, daha təcrübəli “Abşeron” mövsümdə ilk qələbəsini qazanıb – 3:1 (25:23, 24:26, 25:17, 25:15).
Nəticədə 2 oyuna 3 xal qazanan “Abşeron” 3-cü yerə yüksəlib. 3 matçdan sonra hesabında 3 xalı olan “Mübariz” isə 4-cü pillədədir.