- Baxış sayı: 55
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 170
- Fevral 09, 2026
- 0

Bu gün Bakı voleybol mərkəzində qadın voleybolçuların yüksək liqasında 12-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, “Abşeron” qızıl medallara digər iddialı “Murov”u, “Azərreyl” isə UNEC klubunu üstələyib.
4 dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində 1-ci olan “Azərreyl” 4-cü yerin sahibi UNEC ilə, 2-ci olan “Abşeron” isə 3-cü yeri tutan “Murov”la üz-üzə gələcək. Yarımfinal mərhələsi 2 qələbəyə, final mərhələsi isə 3 qələbəyə kimi oynanılacaq.
“Abşeron” – “Murov” 3:0 (25:23, 25:20, 25:19)
“Azərreyl” – UNEC 3:0 (25:14, 25:21, 25:10)