- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycanın ən titullu qadın cüdoçusu İrina Kindzerska (+78 kq) karyerasını başa vurub. Allsport.az saytı xəbər verir ki, bu barədə Ukrayna əsilli idmançı özünün İnstaqram səhifəsində paylaşım edib:
“Həyatımda baş verən bütün hadisələrdən sonra bu gün idman karyeramı bitirməyə qərar verdim. Səbəblər var, amma indi onlar haqqında danışmağa hazır deyiləm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm”.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində, Kiyev vilayətinin İrpen şəhərində onların evinə raket düşüb. O və azərbaycanlı həyat yoldaşı artıq Ukraynanı tərk ediblər. Deyilənə görə, millinin keçmiş üzvü Azərbaycan cüdo federasiyasından mənzil hədiyyə olunmasını istəyib. “Yox” cavabı aldıqdan və bu məlum faciə ilə üzləşdikdən sonra, karyerasını bitirdiyini bəyan edib.
İrina Kindzerska qitə və dünya çempionatları, Avropa və İslam oyunlarının mükafatçısıdır; Tokio-2020-də bürünc medal qazanıb. Yay olimpiya oyunlarından sonra heç bir yarışa qatılmamışdı.