- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bununla bağlı federasiya prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu bu şəhərdə Gəncədə olublar. Allsport.az saytı xəbər verir ki, onlar icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, sözügedən məsələ ətrafında geniş müzakirələr aparıblar.
Toplantıda həmçinin, icra hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncə şəhər gənclər və idman baş idarəsinin rəisi Həmid Nəsirov, Gəncə ictimai iştirakçılıq məclisinin sədri Müzadil Həsənov iştirak ediblər.
Niyazi Bayramov ölkə rəhbərinin idmana olan xüsusi diqqət və qayğısından söz açıb. Cüdo mərkəzinin inşasının Gəncə şəhərində bu idman növünün inkişafına təkan olacağını qeyd edib. Sonra federasiya nümayəndələri sözügedən mərkəzin inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.