ACF hakim və məşqçilər üçün seminar təşkil edib

Allsport.az xəbər verir ki, aprelin 20-də Azərbaycan cüdo federasiyasının (ACF) təşəbbüsü ilə hakimlər və məşqçilər üçün seminar təşkil olunub.

100-ə yaxın hakim və məşqçinin iştirak etdiyi seminar zamanı cari olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar və dəyişikliklərin BCF tərəfindən müxtəlif praktiki hallarda hansı formada tətbiqi barədə iştirakçılara geniş məlumat verilib.

Eyni zamanda, seminarda məşqçilərin idmançılar üçün daha effektiv məşq və təlim proqramlarının hazırlamaları ətrafında müzakirələr aparılır. Müxtəlif hallar əyani formada tatami üzərində də nümayiş olunub.

Seminar cari ilin mart ayında Portuqaliyada Avropa Cüdo Birliyinin təşkilatçılığı keçirilən seminarın praktiki materialları əsasında təşkil edilib və bununla da həmin seminarda əldə edilmiş bilik və bacarıqların yerli məşqçi və hakimlərə ötürülməsi təmin edilib.

Həmin kateqoriyadan