ACF-in prezidenti Naxçıvana səfər edib

ACF-in prezidenti Rəşad Nəbiyev Naxçıvana səfər edib. Allsport.az saytı xəbər verir ki, o, Naxçıvan güləş federasiyasının sədri Azər Zeynalovla görüşüb. Görüş zamanı cüdonun muxtar respublikasında inkişaf etdirilməsi, kütləvləşdirilməsi, məşqçilərin peşəkar səviyyəsinin artırılması, həmçinin maddi texniki bazanın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Sonra Rəşad Nəbiyev Naxçıvan şəhərindəki İlham Əliyev adına olimpiya idman kompleksində olub və idmançıların məşq prosesini izləyib. Məşqdən sonra idmançılar və məşqçilər ilə görüşən federasiya prezidenti, ölkəmizdə cüdonun daha da kütləviləşdirilməsi ilə uşaq, yeniyetmə və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin əsas məqsədlərindən biri olduğunu qeyd edib. O, Naxçıvanda cüdonun inkişafı üçün böyük potensial olduğunu vurğulayıb.

Görüş zamanı Naxçıvan cüdo ailəsi nümayəndələrinin bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı təklifləri dinlənilib, müvafiq tapşırıqlar verilib. ACF tərəfindən NGF-ə müasir tələblərə cavab verən 1 dəst tatami hədiyyə olunub.

Həmin kateqoriyadan