ACF-nin konfransı və icraiyyə komitəsinin iclasında nələr müzakirə edildi?

Bu gün Bakı olimpiya stadionunda Cüdo federasiyasının konfransı və icraiyyə komitəsinin iclası keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə ACF prezidenti Rövnəq Abdullayev ölkədə idmanın bütün növlərində inkişafın yüksək nöqtəyə çatdığını bildirdi. O, Rio yay olimpiya oyunlarında uğuru buna nümunə gətirdi.

Mandat Komissiyasının tərkibi müəyyənləşdikdən sonra konfransda yetərsay elan olundu. Baş katib Elmar Babanlı məruzə etdi. Bildirdi ki, 2015-ci il sentyabrın 10-da keçirilmiş konfransdan sonra cüdonun inkişafında yeni mərhələ başladı: yeniyetmə, gənc, böyüklər və paralimpiya komandaları yüksək nailiyyətlər göstərdi. O, mükafatların illər üzrə artdığını (2015-ci ilin son 3 ayında 25, 2016-cı ildə 140, 2017-ci ildə 191 medal), Rio-2016-da 2 gümüş, paracüdoçuların 1 dəst medal qazandıqlarını söylədi.

Elmar Babanlı cüdoçularımız Bakı-2017 İslam həmrəyliyi oyunlarında, Avropa və dünya çempionatlarında da tarixi nəticələri vurğuladı. O, ACF prezidentinin Beynəlxalq Cüdo Federasiyasının icraiyyə komitəsinə üzv seçildiyini və 2018-ci il dünya çempionatının Bakıya həvalə olunduğunu xatırlatdı, respublika üzrə seleksiya yarışlarına 2000-dək cüdoçunun qatıldığını və kütləviliyin yüksəldiyini diqqətə çatdırıb. Sonra maliyyə hesabatı dinlənildi. Hesabatlar səsverməyə qoyularaq yekdilliklə qəbul edildi.

Daha sonra “Judo-2012” İctimai Birliyinin sədri Azər Əsgərov icraiyyə komitəsinə, DİN İC, MOİK, “Sərhədçi”, FHN, “Judo Club-2012”, “Qəbələ”, “Turan”, 1 nömrəli RİOEUGİM ACF üzlüyünə qəbul olundular.

 

Həmin kateqoriyadan