ACF prezidenti Ağstafada bölgə məşqçiləri və cüdoçuları ilə görüşüb, Göygöldə millinin hazırlığını izləyib

Azərbaycan cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev, Ağstafada bölgə məşqçiləri və idmançıları ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantı zamanı regionlarda cbu idman növünün daha inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar verilib.

Əyalətlərdə, o cümlədən Ağstafa və ətraf rayonlarda cüdonun kütləviləşdirilməsi yeniyetmələrin və gənclərin fiziki və mənəvi tərbiyəsinə öz töhfəsini verməklə yanaşı, gələcəkdə yığmaya daha çox idmançının düşməsinı şərait yaradacaq.

Bununla yanaşı, ACF rəhbəri Göygöl olimpiya idman kompleksində kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautmanın rəhbərliyi ilə təşkil olunmuş ilk təlim-məşq toplanışı çərçivəsində kişilərdən və gənclərdən ibarət milli yığma komandaların məşqini də izləyib.

Həmin kateqoriyadan