ACF prezidenti Aran bölgəsinin məşqçi və cüdoçuları ilə görüşüb

ACF-in prezidenti Rəşad Nəbiyev, Yevlaxda bölgəni təmsil edən məşqçilər və cüdoçular ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, söhbət zamanı bu rayonda 120-ə yaxın gənc və yeniyetmənin məşğul olduğu bilinib.

O, bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.

Rəşad Nəbiyev, cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin ACF-in əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Həmin kateqoriyadan