- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avqustun 10-14-də Ekvadorun Quayaquil şəhərində gənclərin dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, cüdoçularımız Bakı toplanışındadırlar. ACF-nin vitse-prezidenti Elnur Məmmədli, baş katib Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və performans direktor Mark van der Ham millinin təlim-məşqdə iştirak ediblər və onların hazırlıqları ilə maraqlanıblar.
Elnur Məmmədli idmançılarımızın turnirə çox ciddi hazırlaşdıqlarını, yerli və beynəlxalq səviyyədə təlim-məşq toplanışlarında iştirak etdiklərini qeyd edərək onlardan yüksək nəticə gözlədiklərini bildirib. Gənclərdən ibarət yığma komandanın 8 üzvü çempionatda iştirak etmək üçün avqustun 7-də okeanın o tayına yola düşəcək.
Baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə ölkəmizi Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə, Qadir Hüseynov (73 kq), Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (81 kq), Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) təmsil edəcəklər.