- Baxış sayı: 48
- 24 Mart 2026 23:23
- Baxış sayı: 88
- Mart 25, 2026
- 0

Lüksemburqda cüdoçuların açıq Avropa kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın son günü millimiz daha 2 medal qazanıb. +100 kq-da İmran Yusifov bütün rəqiblərinə qalib gəlib. Aslan Mirzəyev (100 kq) 3-cü yer tutub.
Xatırladaq ki, turnirdə 47 ölkədən 358 kimono ustası mübarizə aparıb. İlk gündə Aleksandra-Larisa Florian (57 kq) və Rəşad Yelkiyev (60 kq) bürünc medala yiyələniblər.