- Baxış sayı: 25
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
AFFA-nın Klublar Komitəsinin fevralın 3-də və 13-də keçirilmiş iclaslarında yeniyetmə və gənc futbolçuların məvaciblərinə limit tətbiq olunması müzakirə edilib. Allsport.az xəbər verir ki, Komitənin müraciətinə əsasən, bu məsələ AFFA-nın İcraiyyə Komitəsinin martın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Bunu nəzərə alaraq, AFFA beynəlxalq təcrübəni araşdıraraq təqdimat hazırlayıb. Təqdimatda dünyanın müxtəlif ölkələrində və ayrı-ayrı idman növlərində oyunçuların məvaciblərinə, həmçinin ümumilikdə klubların maaş büdcəsinə limit tətbiq olunması ilə bağlı faktlar, eyni zamanda 2013/14 və 2014/15 mövsümlərində Azərbaycanda U-23 oyunçuların transfer məlumatları öz əksini tapıb.
AFFA-nın hazırladığı təqdimatı diqqətinizə çatdırırıq: